15 iyun Azərbaycanın Milli Qurtuluş Günüdür

15 İyn

Bu gün tarixdə Azərbaycanlıların milli qurtuluş günü kimi qalıb. Siyasi gərginlik içində olan azərbaycan xalqı onları bu vəziyyətdən qurtara biləcək birini gözləyirdilər. Xalqın uzun sürən təkidləri 1993-cü il 15 iyun Heydər əliyev hakimiyyətə gəldi.

Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi.

Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir.  Əlavə məlumat üçün http://az.wikipedia.org/wiki/Azərbaycan_Milli_Qurtuluş_günü linkinə daxil olun

Ancient famous Azerbaijanis

8 İyn

Azeris are an ancient people deriving from its ancient kingdom, Atropatene, which stretched above and below Arax river. Atropatene literally translates into its modern name, Azerbaijan. Modern day historians state that Azeris had their first kingdom in 331 BC with formation of Atropatene. Azeris have both Caucasian and ancient Aryan origin. I hope this video was helpful.

Ancient famous people of Azerbaijan :

Nizami Ganjavi, Qazi, Javanshir, Babek Oxumağa davam et

Qədim Azərbaycan rəqsləri

4 İyn

Azərbaycanda xalq rəqs sənətinin yaranması və formalaşması prosesə öz kökləriylə qədim dövlərə gedib-çıxır. Ilk rəqslər ritual və ov rəqsləri olub. Qayaüstü rəsmlər qorunub-saxlanmışdır: Ov səhnəsi, Rəqs edən insanlar qrupunun silueti, qədim xorovodu xatırladan yallı (e.ə. V-III minilliklər, Qobustan). Uzaq keçmişdən həmçinin günümüzədək kütləvi mərasim rəqsləri Səməni, Xıdır İlyas, Kosa-kosa, Qodu-qodu və s. gəlib çıxmışdır.
Səməni mərasimi yazın gəlməsi və təbiətin anlamasına həsr olunur. Bu mərasim-oyunun ideyasını 2 qüvvənin sərt qışın və gənc baharın mübarizəsi təşkil edir. Bu oyunda qışı kosa təmsil edir ki, mənası saqqalsız deməkdir. Oyunun o biri personaji keçi baharın rəmzi kimi çıxış edir. Daha bir mərasim Qodudur ki, o, kənd təsərrüfatında məhsula sehrli təsir ideyasını özündə əks etdirir. Bu, günəşi çağırış ayinidir.
Erkən orta əsrlər dövründə bu mərasim rəqslərindən müxtəlif növ xalq rəqsləri formalaşır. Knyazların və Azərbaycan hakimlərinin saraylarında rəqqasələrinin yüksək məharəti ilə şöhrət tapmış rəqs ansamblları mövcüd idi. Azərbaycan xalq rəqsləri mövzü baxımından rəngarəngdir; onlar bu növlərə bölünür – əmək (çobanı), mərasim (ritual, təqvim, toy), məişət (mirzəi, turacı), gəhrəmanlıq hərbi (cəngi döyüş), idman (zorxana), xorovod-oyun (yallı, halay) və s. Davametmə müddətinə, rituallarının zənginliyi və rəngarəngliyinə görə toy mərasimi ən əhəmiyyətlisidir. Qədimdə yaranmış və uzun müddət ərzində təkmilləşərək, toy mərasimi özündə söz, musiqi və rəqs sənıtinin elementlərini birləşdirən mərasim kimi formalaşmışdır. Oxumağa davam et

Azeri music- Mugam

2 İyn

National Dance of Azerbaijan 2

2 İyn

National Dance of Azerbaijan

1 İyn

 

Qədim Bakı

1 İyn

Bakı Xəzər dənizi sahilində yerləşir.  11-13—cü əsrlərdən etibarən Azərbaycanın əsas liman şəhərlərindən birinə çevrilməyə başlamışdır. Qədim Azərbaycan dövləti olan Şirvanşahlar dövlətinin paytaxtında baş verən dəhşətli zəlzələ səbəbi ilə paytaxt Şamaxıdan Bakıya köçürüldü. Bu hadisə şəhərin mədəni həyatında əsaslı dönüş oldu. Ümumilikdə Bakı və onun ətrafında 30-dan çox tarıxı abidə və qədim yaşayış məskənləri vardır. Bunlardan şəhərin mərkəzi sayılan içəri şəhər qoruğu turistlərin və yerli əhalinin Oxumağa davam et

Azerbaijan tourism

28 May